AZ

İmpiçment planı baş tutmadı - Paşinyanın partiyası keşişi ələ saldı

Madam ki, indi keşiş Baqrat Srbazan siyasi fəaliyyətlə məşğuldur, o zaman adı Vazgen Qalstanyan (əsl adı) olmalıdır, artıq qərar versin.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim partiyasının deputatı Andranik Köçəryan deyib.

Keşişin baş nazirliyə namizəd olmasına toxunan deputat bildirib:

“Tanrının izni ilə” deyir, amma bu işdə xalqın iradəsi daha önəmlidir. Tanrının iradəsi bizim üçün də vacibdir, amma xalqın iradəsi Tanrının iradəsidir. İndi Vazgen Qalstanyan liderliyə namizəd kimi irəli sürülmək istəyirsə, o zaman 2026-cı ildə siyasi komandası ilə birlikdə namizədliyini irəli sürməli və seçkilərdə qalib gəlməlidir.

İndi bu din xadimi ağ, yaxud hansısa rəngli paltarını çıxaranda deyəcək ki, mən artıq Vazgenəm, Vazgen Qalstanyan baş nazirliyə namizəd olacaq. Hazırda o, din adamıdır”.

Köçəryan ona qoşulduğunu elan edən keşiş Ajapaxyanın artıq Eçmiədzinə qayıtdığını da söyləyib.

Parlament müxalifətinin impiçment prosesinə başlamasına gəlincə, deputat vurğulayıb:

“Qoy gündəmə gətirsinlər, amma deyirlər ki, 20 səs çatışmır, bəs o səslər hanı? Üç ildir burdadırlar, heç iki yarım səs şansları belə yoxdur, bu çox qəribədir.

Köçəryan hərəkatın niyə uğur qazanacağını istisna etməsini də aydınlaşdırıb: “Hakimiyyətsizlik durumunda seçkiyə gedirlər, ya çevriliş edirlər? Niyə impiçment etmirlər, qoy etsinlər. Son nəticədə məsələ parlamentdə həll olunur, ona görə də burada olmalıdırlar ki, bir az ciddi olsunlar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
1
Mənbələr
Şərh ()
Bağla