AZ

Ələt-Astara magistralında iki VAZ toqquşub, sürücülər xəsarət alıblar - FOTO

 Ələt-Astara magistralının Alar kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, VAZ2107 və eyni markadan olan VAZ2106 avtomobilləri qarşı -qarşıya gələrək toqquşub.

Zərbənin nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi zədə dəysə də, maşınlarda olanlar yüngül xəsarət alıblar.
Toqquşma nəticəsində VAZ2106 markalı nəqliyyat vasitəsi yol kənarına düşüb.



Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla