AZ

Tomas Tuxel Harri Keyndə təəccüb etdiyi məqamı açıqladı

“Bayern”in baş məşqçisi Tomas Tuxel Münhen komandasının ingilis hücumçusu Harri Keynin onu nə ilə təəccübləndirdiyini açıqlayıb.

Arena.az alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Onun gün ərzində nə qədər kapuçino içdiyi məni təəccübləndirdi. Hər dəfə mətbəxə girəndə o, orada olur. İndi bunu özüm etməyə başlamışam. Baxın, sağlam və yaxşı formada görünür”, deyə Tomas Tuxel vurğulayıb.

Xatırladaq ki, Harri Keyn İngiltərənin “Tottenhem” klubunun yetirməsidir. İngilis hücumçu “Bayern”ə 2023-cü ilin avqustunda 100 milyon avro müqabilində elə, “Tottenhem”dən keçib. Harrinin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Keyn Almaniya nəhənginin heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 44 qol vurub, 12 məhsuldar ötürmə verib.

Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 89 oyun keçirib, 62 qol vurub, 19 məhsuldar ötürmə verib.

Maraqlıdır ki, Keyn böyük futbol karyerası ərzində bir kubok belə, qazanmayıb.

“Transfermarkt” internet-portalı 30 yaşlı ingilis hücumçunun transfer dəyərini 110 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
Mənbələr
Şərh ()
Bağla

Reytinq