AZ

Yanacaq təmin edilməzsə, Qəzzada son xəstəxana 48 saat ərzində xidmətdən çıxacaq"

Qəzza zolağında xidmət edən son xəstəxana olan Deyr əl-Belah şəhərindəki Əqsa Şəhidləri Xəstəxanasının yanacaq çatışmazlığı səbəbindən 48 saat ərzində xidmətdən çıxacağı açıqlanıb.

BiG.AZ xəbər verir ki, İsrailin intensiv hücumlarına məruz qalan və humanitar yardım axınının dayandığı Qəzza zolağında Əl-Əqsa Şəhidləri Xəstəxanasında yanacaq qıtlığı yaşandığı barədə məlumat verilib.

Açıqlamada xəstəxananın xidmətdən çıxması halında xəstələrin və yaralıların, xüsusilə reanimasiyada olan xəstələrin və inkubatorlarda olan körpələrin həyatının ciddi təhlükə altında olacağı vurğulanıb.

Bəyanatda, İsrail və ABŞ rəhbərliyi yaxınlaşan sağlamlıq fəlakətinə görə məsuliyyət daşıdığı və ən qısa müddətdə xəstəxanaya yanacaq tədarükü üçün çağırış edildi.


BiG.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
Mənbələr
Şərh ()
Bağla