AZ

Premyer Liqa: "Neftçi" doğma meydanda "Kəpəz"i darmadağın edib

Premyer

Bakı, 10 may, AZƏRTAC

Bu gün Azərbaycan Premyer Liqasında XXXIV tura start verilib.

AZƏRTAC xəbər verir ki, turun açılış matçı tarixi derbi ilə əlamətdar olub. "Neftçi" doğma meydanda "Kəpəz"i qəbul edib. "Neftçi Arena"da oynanılan görüş "ağ-qaralar"ın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarını 53-ə çatdıran "Neftçi" ikinci pilləyə yüksəlib. "Kəpəz" isə 35 xalla səkkizinci yerdə qalıb.

Qeyd edək ki, turun digər görüşləri mayın 11-12-də keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
5
Mənbələr
Şərh ()
Bağla