AZ

Pley-offda uduzdu, postundan getdi

MHL-də konfrans yarımfinalları start götürüb.

“Football-plus.az” xəbər verir ki, son iki gündə üç oyun keçirildi. “Boston” “Florida” ilə seriyaya qələbə ilə başladı. “Kolorado” da “Dallas”ı ilk oyunda məğlub etdi. Özü də inanılmaz ssenari ilə! İş ondadı ki, “Dallas” ilk perioddan sonra 3:0 öndə idi. “Reyncers” – “Karolina” seriyasında isə fərq artdı.

Bu arada “Vinnipeq”in baş məşqçisi Rik Bouness karyerasını bitirib. Bu haqda xəbəri klubun rəsmi saytı yayıb. 69 yaşlı kanadalı 2022-ci ildən bəri “Vinnipeq”ə rəhbərlik edirdi. Onun komandası MHL-in cari mövsümündə pley-offun ilk mərhələsində “Kolorado”ya uduzmaqla mübarizəni dayandırıb. Bouness əvvəllər “Boston”, “Ottava”, “Aylenders”, “Finiks” və “Dallas” komandalarını da çalışdırıb, bundan başqa, “Vankuver”lə “Tampa-Bey”in məşqçi korpusuna daxil olub. Mayın 3-də Bounessin MHL-də mövsümün ən yaxşı məşqçisi adına iddialıların final “3-lüy”ünə düşməsu haqda xəbər yayılmışdı.

7 may
Florida – Boston 1:5 (0:0, 1:3, 0:2)
Seriyada hesab – 0:1.
8 may
Reyncers – Karolina 4:3 2ОТ (1:2, 1:1, 1:0, 1:0)
Seriyada hesab – 2:0.
Dallas – Kolorado 3:4 ОТ (3:0, 0:2, 0:1, 0:1)
Seriyada hesab – 0:1.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
Mənbələr
Şərh ()
Bağla