AZ

"Fələstinlilərin, israillilərin və bütün regionun taleyi tükdən asılıdır" - Quterriş

"Rafah" nəzarət-buraxılış məntəqəsinin bağlanması yanacaq qıtlığına səbəb olub, bu da bütün həyatı əhəmiyyətli sahələrə siyarət edəcək..."
 
BMT-nin humanitar məsələlərin koordinasiyası üzrə İdarəsinin fəaliyyəti növbəti iki gün ərzində dayandırılacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə Jenevrədə təşkilatın Qəzza bölgəsində yerləşən ofisinin rəhbəri Georgius Petropulos brifinqdə bəyan edib. Məlumatı "Anadolu Ajansı" yayıb.
 
"Qəzzada hazırkı vəziyyət fövqəladə vəziyyətin misli görünməyən səviyyəsinə çatıb", - o, vurğulayıb.
 
Petropulos məlumat verib ki, "Rafah" nəzarət-buraxılış məntəqəsinin bağlanması yanacaq qıtlığına gətirib çıxarıb ki, bu da "humanitar personalın təchizatı və yerdəyişməsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır", habelə Rafah şəhərində təxliyəyə təsir göstərir.
 
"Sabah cənubda paylamaq üçün ərzaq qurtaracaq. Bu o deməkdir ki, yerlərdə insanların yalnız ehtiyat etdikləri qalacaq. Yanacağın olmaması bütün həyati əhəmiyyətli sahələrə siyarət edəcək", - Petropulos xəbərdarlıq edib.
 
Onun sözlərinə görə, yaxın sutkalarda Qəzzanın beş xəstəxanası, fələstinli qaçqınlar üzrə Agentliyin 17 ilkin tibbi-sanitar yardım mərkəzi, beş sahə hospitalı və 10 mobil klinikada yanacaq bitəcək, həmçinin 28 təcili yardım maşınını yanacaqla doldurmaq mümkün olmayacaq.
 
BMT İdarəsinin nümayəndəsi qeyd edib ki, İsrailin Rafahda hərbi əməliyyatlarla bağlı əhalinin təxliyəsi barədə sərəncamı artıq ən azı 110 min nəfərin yerdəyişməsinə gətirib çıxarıb.
 
Bundan başqa, BMT baş katibi Antoniu Quterriş xəbərdarlıq edib ki, Rafaha güclü yerüstü hücum "epik humanitar fəlakətə" gətirib çıxaracaq.
 
Onun sözlərinə görə, hərbi əməliyyatlar bölgədə yaxınlaşan aclıq şəraitində insanlara dəstək üzrə səylərə son qoyacaq.
 
"Fələstinlilər, israillilər və bütün regionun taleyi tükdən asılıdır. Mən İsrail hökuməti və HƏMAS rəhbərliyinə siyasi müdriklik göstərməyə, sazişə nail olmaq üçün bütün səyləri göstərməyə, qan tökülməsini dayandırmağa və girovları azad etməyə yenidən çağırış edirəm", - Quterriş bəyan edib.
 
Bu arada isə "Reuters" agentliyi şəhər sakinlərinə istinadən Rafahdan şərqdə müntəzəm partlayışlar və şimal-şərqdə şəhərin şərq və qərb hissələrini ayıran əsas yolun İsrail Müdafiə Ordusu tərəfindən ələ keçirilməsi barədə yazıb.
 
İsrail Müdafiə Ordusu 162-ci diviziya döyüşçülərinin şəhərin şərq rayonlarında olduğunu təsdiq edib.
 
İsrail Müdafiə Ordusu "Rafah" nəzarət-buraxılış məntəqəsini mayın 7-də nəzarətə götürüb. O zamandan İsrail Müdafiə Ordusu humanitar yardımın bu keçid məntəqəsindən daxil olmasını nizamlayır və ətraf ərazini təmizləyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
Mənbələr
Şərh ()
Bağla

Reytinq