AZ

AAYDA-nın qurumu məhkəmə qarşısında

Azərbaycan Avtobomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyində fəaliyyət göstərən “13 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC cərimələnə bilər. 

Valyuta.az xəbər verir ki, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 469.3-cü (“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması) maddəsi ilə iş başlanıb. 

İşə Binəqədi Rayon Məhkəməsində baxılacaq. 

469.3-cü maddəyə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Hüseyn

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla