AZ

Din xadimləri Ulu Öndərin xatirəsini yad ediblər

Bakı, 10 may, AZƏRTAC

Ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri mayın 10-da Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini anıblar.

Qafqaz Müsəlmanları İdarəsindən AZƏRTAC-a bildiriblər ki, Ulu Öndərin məzarı önünə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub, Uca Allahdan rəhmət dilənib.

Din xadimləri görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
azertag.az

1Mənbələr