AZ

Ümummilli Liderin həyata keçirdiyi uğurlu dövlət quruculuğu Azərbaycanın müstəqilliyini möhkəmləndirdi

Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqı və dövlətinin tarixində özünəməxsus yer tumasını, müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət, əbədiyaşar lider kimi adını yazdırdı.

Bu fikirləri Herbiand.az-a “İnkşafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev söylədi:

“Müstəqilliyimizin ilk illərində respublikamızda xaos, anarxiya yaranmış və daxili çəkişmələr pik həddə çatmışdır. Ölkəmiz vətəndaş müharibəsi və parçalanmaq təhlükəsinin astanasında idi. Belə bir məqamda hər kəs anlayırdı ki, bu çətin zamanda xalqı bu vəziyyətdən yalnız Heydər Əliyev kimi dahi şəxsiyyət çıxarda bilər və 1993-cü ildə Azərbaycan dövlətini xilas etmək üçün ümummilli lider Heydər Əliyevə üz tutdu. Ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışı gələcəkdə qüdrətli dövlətin yaranmasında mühüm əhəmiyyət kəsb etdi”.

Ramil Əliyev hazırda Azərbaycanın dünya miqyasında dayanıqlı inkişafa, möhkəm ictimai-siyasi sabitliyə malik bir ölkə kimi tanındığını qeyd etdi:

“Ümummilli Liderin həyata keçirdiyi uğurlu dövlət quruculuğu Azərbaycanın müstəqilliyini möhkəmləndirdi. Ulu Öndərin apardığı daxili və xarici siyasət kursunun cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizi daha da güclü, regionda lider dövlət olmaqla yanaşı, müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanıtdı. Beləliklə Azərbaycan qarşıya qoyduğu bir çox məqsədlərə nail oldu. Hər bir gəncin lideri olan cənab Prezidentin qeyd etdiyi kimi, bu gün Azərbaycan gələcəyə çox aydın baxışı olan, çox sabit, müasir, inkişaf edən ölkədir”.

Elnurə İSAXAN

 



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
135
Mənbələr
Şərh ()
Bağla