AZ

Elşən Gəncəvi “Azərbaycan Brendi 2024” mükafatına (Brand of Azerbaijan Awards 2024) mükafatına layiq görülüb-FOTOLAR

“Vision Media Group” tərəfindən təşkil olunan “Brand of Azerbaijan Awards 2024” mükafatı sahiblərinə təqdim edilib.

Mükafatlandırma gecəsində il ərzində fərqlənən, yadda qalan, peşəkar şəxs və şirkətlər mükafatlandırılıb. İctimai və iqtisadi sahələrdə uğurlarına görə Elşən Gəncəvi də mükafatçılar sırasında olub.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu iqtisadçı, ictimai xadim və iş adamı olaraq fəaliyyət göstərir.

Elşən Gəncəvi  “Ganjavi Holding”in prezidenti, “Najafsoy Group”un direktoru, “Oxu-magiya” kitabının müəllifi, “Ganjavi Media”nın və “Siyasi.az” xəbər portalının baş redaktoru, Demokratik İslahat Partiyasının redaksiya komissiyasının üzvü, “XÜSUSİ TƏYİNATILILARIN QAZİLƏRİ, ŞƏHİD AİLƏLƏRİ VƏ VETERANLARI” İctimai Birliyinin maliyyə meneceri, “PUBLIC AZERBAIJAN” Konsepsiyasının rəhbəri, “Public” və “Gəncəvi” jurnallarının təsisçisi və baş redaktoru, “ŞƏFQƏT” Kimsəsiz və Əlil Uşaqlara Yardım İctimai Birliyinin İctimai və Sosial Şuranın rəhbəridir.

Müxtəlif media qurumlarında iqtisadi, ictimai və sosial mövzularda müəllif yazıları ilə çıxış edir.

Qeyd edək ki, “Gənjavi Holding”  təsis olunan zaman, yəni 2021-ci ildə, ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərsəncamı ilə “Nizami Gəncəvi ili” elan  edilmişdi.

Elşən Gəncəvi Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsində bakalavr, Rumıniya – Timişoara Qərb Universitetinin “Siyasi Elmlər” fakültəsində magistr təhsilini alıb.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 9 fevral 2020-ci il tarixində keçirilən 6-cı çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizəd olub.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 1 noyabr 2015-ci il tarixində keçirilən 5-ci çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizəd olub.

Elşən Gəncəvi müxtəlif dövrlərdə bir çox yerli, beynəlxalq sertifikat və fəxri diplomlarla təltif olunub. İctimai xadim və iş adamı olaraq müxtəlif mükafatlara layiq görülüb.

Tükiyənin İstanbul şəhərində “Altın Melek Ödülleri 2021” layihəsində “YILIN EN BAŞARILI İŞ ADAMI” və “Turkey Exclusive Awards 2022” layihəsində “AZERBAYCANIN BAŞARILI İŞ ADAMI” beynəlxalq nominasiyalar üzrə mükafatlandırılıb.

DOĞRU.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
196
1
Mənbələr
Şərh ()
Bağla