AZ

Argentinada iki qatar toqquşub

Argentinanın paytaxtı Buenos-Ayresdə sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində 60 nəfər xəsarət alıb.

 

Oxu24.com  xəbər  verir   ki, bu barədə TASS məlumat yayıb.

 

Şəhərin meri Xorxe Makrinin sözlərinə görə, 60 sərnişinə yardım göstərilib.

 

40 dəqiqə ərzində bütün zərərçəkənləri təxliyə etmək mümkün olub.

 

“30 nəfərin vəziyyəti ağır qiymətləndirilir, 2 nəfər helikopterlə xəstəxanalara çatdırılıb”.

 

Hazırda qəzanın səbəbləri məlum deyil, bütün hallar aydınlaşdırılır.

Bundan əvvəl Çelyabinsk vilayətində lokomotiv yük qatarı ilə toqquşub. Hadisə Berdyauş stansiyasında baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, svetoforun qadağanedici siqnalına baxmayaraq, kommunal qatarın maşinisti hərəkətini davam etdirib və yük lokomotivinə çırpılıb.

 

Sürücünün sərxoş olduğu bildirilir. Qəza qatarlarda, o cümlədən sərnişin qatarlarında gecikmələrə səbəb olub; Bundan başqa, sürücünün hərəkəti külli miqdarda maddi ziyana səbəb olub.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
9
Mənbələr
Şərh ()
Bağla