AZ

Qızlar niyə yaşlı oğlanlarla evlənir? - İlginc səbəb

“Bu gün ölkədə o qədər boşananlar var ki, qızlarla söhbət edəndə onlar özlərindən ən azı 10 yaş böyük oğlanla ailə qurmaq istədiklərini bildirirlər. Bunun səbəbini soruşada deyirlər ki, “öz yaşıdım xəyanət edəcək, uşaqlıq etmək, gəzmək istəyəcək. Amma artıq dolğun bir insan ailəsinə sadiq qalacaq”.



Bunu Bakupost.az -a açıqlamasında psixoloq Zeynəb Əyyubova deyib.

Psixoloq özündən iyirmi yaş böyük oğlanla ailə qurmağın artıq ölkədə tez-tez rast gəlinən bir hal olduğunu bildirib:

"Xüsusən 10, 15 il bundan öncə Rusiyada yaşayıb ölkəyə qayıdan oğlanlar özlərindən 15-20 yaş kiçik qızlarla evlənirdilər. Valideynlər isə maddi məsələlərə görə, razılaşmışdılar ki, bu insanlarla ailə qurmaq daha məqsədəuyğundur.

Bu gün cavan oğlanların ailəyə sadiq olmamaları, ailə başçılığını öz üzərlərinə götürməmələri ona gətirib çıxarır ki, qızlar özlərindən yaşlı oğlan istəyir.

Əslində qızın doqquz yaşında yetişdiyinə oğlan 15 yaşında çatır. Yəni psixoloqların dediyinə görə, 6 yaş fərq var. 20 yaşlı bir qız 26 yaşlı oğlanın ağlındadır”.

Qeyd edək ki, Xaçmazda 17 yaşlı qızın 37 yaşlı oğlana nişanlanması cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Vasif Əlihüseyn
BakuPost

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
Mənbələr
Şərh ()
Bağla