AZ

Niderland "Avroviziya-2024" ün final məşqlərindən uzaqlaşdırıldı

"Avroviziya-2024" ün  finalının  birinci məşqi başa çatıb.

Demokrat.az-ın İsveçdəki xüsusi müxbiri xəbər verir ki, ölkələr bayraq məşqlərini başa çatdırdıqdan sonra  iştirakçılar final üçün birinci məşqlərini tamamlayıblar.

Niderland isə məşqdən uzaqlaşdırılıb.  Avropa Yayım İttifaqının  tezliklə məsələyə aydınlıq gətirəcəyi gözlənilir.

Qeyd edək ki, dünən qaliblərin mətbuat konfransında Hollandiya İsrailin yanında oturduğuna görə üzünü başqa tərəfə  tutaraq bayraqla başını bağlamışdır.

Tural Abdulla
Malmo, İsveç

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
174
11
demokrat.az

8Mənbələr