AZ

Turistlər regionlara maraq göstərmir - Əsas səbəb... / AÇIQLAMA

Azərbaycana gələn turistlərin 80 faizi sadəcə paytaxtda müəyyən fəaliyyətlərlə məşğul olurlar.


Çox az hissəsi rayonlara səyahət edir. 


Regionlar onların marağını çəkmir yoxsa turistlərlə düzgün koordinasiyanın qurulmaması buna səbəb verir? Bölgələrdə turist axınını normallaşdırmaq üçün nə edə bilərik?


Turizm eksperti Ceyhun Aşurov Referans.az-a açıqlamasında bunun səbəbləri haqqında danışıb.




“Azərbaycana gələn turistlərin əksəriyyəti paytaxt Bakı şəhərində vaxtlarının böyük hissəsini keçirirlər. Bunun əsas səbəblərindən biri ölkəyə gəliş-gedişin əksərən hava vasitəsilə olmasıdır. Demək olar ki, uçuşların 90 faizindən də çoxu Bakı şəhərinə həyata keçirilir. Qonaqlar həm gələrkən, həm də ölkədən gedərkən Bakı hava limanından istifadə edirlər. Bu, o deməkdir ki, səfərin həm əvvəli, həm də sonrası ölkəyə gələn insanlar Bakıda olmaq məcburiyyətindədirlər. Onların səfər müddətlərinin də uzun olmadığını nəzərə almalıyıq. Vaxtlarının üçdə ikisindən çoxunu Azərbaycana gələn turistlər Bakıda keçirirlər”.


Ekspert bildirib ki, regionlara birbaşa uçuşların olması və ölkədə olan beynəlxalq hava limanlarının istifadəsi daha səmərəli həyata keçirilərsə, bu mənzərə təmamən dəyişə bilər.


“Biz deyə bilmərik ki, regionlar turistlərin marağını cəlb etmir. Əlbəttə, regionlar da maraqlıdır. Xüsusən də, təbiəti sevənlər, müxtəlif təbiət mənzərələri ilə yaxından tanış olmaq istəyənlər üçün, maraqlı və qeyri-adi təamlar dadmaq istəyən şəxslər üçün. Azərbaycan rayonlarında kifayət qədər rekreasiya resursları, insanların istirahəti üçün kifayət qədər maraqlı resurslar mövcuddur”.


Ceyhun Aşuron son olaraq vurğulayıb ki, regionların turistləri tam olaraq çəkə bilməməsinin  əsas səbəbi nəqliyyatla bağlı olan problemlərdir.

 

Fidan Vəlisoy 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
1
Mənbələr
Şərh ()
Bağla