AZ

Bərdədə bıçaqlanan qadının SON VƏZİYYƏTİ açıqlandı

Bərdə rayonunda baş verən bıçaqlanma hadisəsi zamanı müxtəlif növ bədən xəsarətləri alan qadının vəziyyəti ağır stabil olaraq qiymətləndirilir.

Bu barədə Bizim.media-nın yerli bürosuna Bərdə Rayon Mərkəzi Xəstəxanasından bildirilib.

"1997-ci il təvəllüdlü şəxs (qadın cinsli) 10.05.2024-cü il tarixində saat10:10 radələrində təcili tibbi yardım vasitəsilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Ona boynun ön və sağ nahiyəsinin kəsilmiş yarası, traxeyanın ön və hər iki yan divarının kəsilmiş yarası, boynun ön və sağ yan qrup əzələlərinin kəsilmiş yarası diaqnozları təyin edilib. Əməliyyat olunub. Hazırda müalicəsi davam etdirilir. Vəziyyəti ağır stabil qiymətləndirilir", - deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, sözügedən hadisə bu gün Bərdə şəhəri ərazisində baş verib.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
18
Mənbələr
Şərh ()
Bağla