AZ

Səbinə Əliyeva BMT-nin komitə üzvü ilə görüşüb

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili(Ombudsman) Səbinə Əliyeva Birləşmiş Millətlər Təşkilatınınİqtisadi, sosial və mədəni hüquqlar komitəsinin üzvü, professorAslan Abaşidze ilə görüşüb.

Trend xəbər verir ki, görüş zamanı qonağa Ombudsmanın mandatı,insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirdiyifəaliyyəti barədə məlumat verilib.

Təsisatın fəaliyyətində beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyətverildiyi bildirilib, xarici ölkələrin ombudsman və milli insanhüquqları təsisatları, beynəlxalq təşkilatlar, o cümlədən BMT vəonun ixtisaslaşmış qurumları ilə sıx əməkdaşlıq əlaqələrinin mövcudolduğu diqqətə çatdırılıb.

Görüşdə Ermənistanın işğalçılıq siyasəti nəticəsindətorpaqlarımızın otuz ilə yaxın işğalı zamanı beynəlxalq hüquqnormalarının kobud şəkildə pozulduğu bildirilib. İşğaldan azadedilmiş ərazilərimizdə Ombudsmanın təşəbbüsü ilə faktaraşdırıcımissiyaların həyata keçirildiyi qeyd edilib, hesabatların,bəyanatların və müraciətlərin hazırlanaraq yerli və beynəlxalqtəşkilatlara, xarici ölkələrin ombudsmanlarına və milli insanhüquqları təsisatlarına təqdim olunduğu söylənilib.

Eyni zamanda, cari ildə ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası -COP29-a ev sahibliyi edəcəyi bildirilib, Azərbaycanın Ombudsmantəsisatı tərəfindən bu istiqamətdə tədbirlərin nəzərdə tutulduğuqeyd olunub, mümkün əməkdaşlıq perspektivləri barədə fikirmübadiləsi aparılıb.

Professor Aslan Abaşidze öz növbəsində səmimi görüşə görəminnətdarlığını bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərbarədə müzakirə aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
13
Mənbələr
Şərh ()
Bağla