AZ

4 uşaqlı ana 3 qızından imtina ETDİ 

Ötən gün anaları tərəfindən küçəyə tərk edilən 2 qız uşağının ardından, evdə olan ən balaca qız uşağı da Bakıda yerləşən qadın və uşaq sığınacağına gətirilib.

Referans.az xəbər verir ki, bu barədə "Təmiz dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib.



Bildirilib ki, Sosial Xidmətlər Agentliyi tərəfindən ən kiçik körpə anadan götürülüb. Artıq 3 bacı sığınacaqda qalır.

Qeyd edək ki, hələ 2 bacı gələn gündən şəhər yol polisi əməkdaşı onları himayəyə götürüb və bütün ehtiyaclarını özü qarşılayır.

Bu da məlum olub ki, bu uşaqlardan əlavə anada 2 aylıq körpə də var. O körpə isə hazırda baxımsızlıqdan xəstəxanadadır və müalicəsi bitdikdən sonra sığınacağa gətiriləcək.


Şəlalə Babayeva

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
Mənbələr
Şərh ()
Bağla