AZ

Poççetinodan gələcəyi ilə bağlı açıqlama

style='margin-bottom:10px;'>

"Çelsi"nin baş məşqçisi Maurisio Poçettin London təmsilçisindəki gələcəyindən danışıb.

QOL.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, London təmsilçisinin növbəti mövsüm üçün hazırlıqlarını planlaşdırdığını bildirib.

“Bu o qədər də vacib deyil. Mənim üçün əsas odur ki, tək klub sahibləri yox, hamı məndən razı olsun. Bu şərtlə işləməyə davam edim. Sonra hər şey yaxşı olacaq.  Klub rəhbərliyi sabah da mənim haqqımda qərar versə də, təkbaşına getməyim də mümkündür. Hər iki tərəf qərar verməlidir. Burada işlər təyinatdan əvvəl gözlədiyim kimi getmir.

Artıq növbəti mövsümə hazırlıqları planlaşdırırıq. Bu məsələ ilə bağlı artıq bir neçə görüş keçirilib".

Xatırladaq ki, argentinalı mütəxəssis ötən yaydan “Çelsi”ni çalışdırır. İngiltərə Premyer Liqasında keçirdiyi 35 oyundan sonra London klubu 54 xalla 7-ci yerdədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq