AZ

Astarada yeni inşa olunan körpü istifadəyə verilib

Astara, 10 may, İlkin Adıyev, AZƏRTAC

Astara rayonun Şiyəkəran kəndi ərazisində, Pensər çayının üzərində yeni körpü istifadəyə verilib. Körpü təxminən 7 ay müddətində sürətlə və xüsusi keyfiyyətlə inşa edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, körpünün açılışında rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon sakinləri iştirak ediblər.

Körpünün xəritə mühəndisi Əsgər Məmmədov bildirib ki, yeni körpünün əvvəlkindən fərqliliyi daha davamlı və uzunmüddətli olmasıdır.

“Biz bu işə oktyabr ayından başlamışıq. Körpü Şiyəkəran kəndini iki hissəyə bölür. Uzunluğu 34, eni 10, yol keçidi isə 7 metr olan bu körpüdən təxminən beş mindən çox insan istifadə edir”, - deyə xəritə mühəndisi bildirib.

Rayon sakinləri yeni körpünün istifadəyə verilməsini təqdirəlayiq hal hesab edərək dövlət başçısı İlham Əliyevə, əziyyəti keçən insanlara, inşaatçılara təşəkkür ediblər.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
1
Mənbələr
Şərh ()
Bağla