AZ

"Müvafiq qurumlar məsələyə aydınlıq gətirməlidir" — Taksi xidməti bahalaşır?

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, ölkədə müəyyən saydan sonra qanunvericiliyin tələbinə uyğun olaraq taksi sayına məhdudiyyət qoyula bilər. Qurumun açıqlamasında qeyd olunub ki, avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının qanununa əsasən avtomobil nəqliyyatı xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması, habelə ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımalarda nəqliyyat növləri üzrə sərnişin axınlarının paylanmasının optimallaşdırılması məqsədilə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin və onların əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilə bilər. 

AYNA-nın bu açıqlaması vətəndaşlarda taksi xidmətinin qiymətinin artacağına dair ehtimallar yaradıb.

Məsələyə nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlamasında münasibət bildirib:



“Qiymətin dəyişməsi ilə bağlı məsələyə müvafiq qurumlar aydınlıq gətirməlidir. İndiki vəziyyətdə bunu proqnozlaşdırmaq çətindir. Çünki bununla bağlı bizdə kifayət qədər məlumat yoxdur”.

Törə Zeynallı
Demokrat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
1
Mənbələr
Şərh ()
Bağla