AZ

Milli komandamızın qapıçısını İran klubu istəyir

Futzal üzrə Azərbaycan milli komandasının qapıçısı Rövşən Hüseynli Qazaxıstanın "Atırau" klubunu tərk edib. 

Sportal.az xəbər verir ki, qolkiperin karyerasını harada davam etdirəcəyi isə hələ bəlli deyil.

O, bununla bağlı yekun qərar verməyib. Məlumata görə, Hüseynli Qazaxıstana geri qayıtmaq ehtimalına sahibdir. Belə ki, ona yüksək liqa klublarından təklif az deyil. Bununla yanaşı isə, İran yüksək liqa klublarından da Rövşənin xidmətində olan klublar var. Yaxın günlərdə millimizin qapıçısı yeni mövsümlə bağlı konkret qərarını açıqlayacaq.

Hüseynli son iki ili "Atırau"da keçirib. Bundan əvvəl isə “Araz-Naxçıvan” və “Neftçi” komandalarının qapısını qoruyub.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
1
Mənbələr
Şərh ()
Bağla