AZ

Tərtərlilər Ümummilli Lider Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad ediblər

Tərtər, 10 may, Tahir Ağaməmmədov, AZƏRTAC

Xalqımızın Ümummilli Lideri, böyük siyasi xadim Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Tərtərdə böyük izdihamla qeyd olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tərtərlilər Mərkəzi Meydanda Ulu Öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, dahi rəhbərə öz hörmət və ehtiramlarını nümayiş etdiriblər. Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, qazilər, veteranlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları Ümummilli Liderin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş kitablardan, məktəblilərin əl işlərindən və rəsmlərindən ibarət sərgilərə baxıblar. Rayon ictimaiyyətinin nümayəndələri, həmçinin Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlara baxış keçiriblər. Dahi rəhbərin anadan olmasının 101-ci ildönümü münasibətilə keçirilən rəsm müsabiqəsində yer tutan məktəblilər fəxri fərmanla təltif ediliblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
azertag.az

1Mənbələr