AZ

ARGENTİNA RUSİYA VƏTƏNDAŞININ EKSTRADİSİYASI ÜÇÜN KİYEVDƏN SƏNƏDLƏR TƏLƏB EDİB

Argentina prokurorluğu Rusiya vətəndaşı İqor Çurkinin ekstradisiyası ilə bağlı sənədlərin alınması üçün Ukrayna hakimiyyətinə müraciət edib.

Tezadlar.az xəbər verir ki, bu barədə TASS rusiyalı vəkil Kristian Rubilara istinadən məlumat yayıb.

“Prokurorluq öz hissəsini təqdim edib və sənədlərin çatışmamazlığını nəzərə alıb”, - deyə vəkil bildirib.

Qeyd edək ki, yanvarda Argentina polisi Ukraynanın tələbi ilə Çurkini saxlayıb. Ukrayna hüquq-mühafizə orqanlarının nümayəndələri bildiriblər ki, rusiyalı guya aldatma yolu ilə Ukraynada dövlət bankı hesabına biznesini saxlamağa cəhd edib.

Daha sonra Rusiyanın Buenos-Ayresdəki səfirliyinin konsulluq şöbəsinin rəhbəri Nataliya Pustovalova bildirib ki, Çurkin Argentina hakimiyyətindən ona siyasi sığınacaq verilməsini istəyib.

Mayın 7-də Argentina Rusiya vətəndaşı Çurkinin Ukraynaya ekstradisiyası ilə bağlı işə baxmağa başlayıb. Eyni zamanda, rusiyalı hüquqşünas qeyd edib ki, Argentina Qaçqınlar üzrə Milli Komissiyası Çurkinin sığınacaq istəməsi ilə bağlı sənədləri baxılmaq üçün qəbul edib.

E.ŞİRİNOV

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
Mənbələr
Şərh ()
Bağla