AZ

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir

Ümummilli

Bakı, 10 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət-Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin mənalı ömür yolu və zəngin dövlətçilik fəaliyyətindən bəhs edən “Ömrün zirvəsi - Heydər Əliyev” filmi nümayiş olunub.

Filmin ssenari müəllifi, BDU-nun Jurnalistika fakültəsinin müəllimi Mahir Qəribov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev XX əsrdə Azərbaycanın dünyaya bəxş etdiyi dahi şəxsiyyətdir. Onun zəngin dövlətçilik irsini daim təbliğ etmək, gənclərə çatdırmaq lazımdır. “Ömrün zirvəsi - Heydər Əliyev” filminin nümayişi də bu məqsədə xidmət edir.

Daha sonra filmə baxış keçirilib.

Tədbir BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin hazırladığı ədəbi-musiqili kompozisiya ilə davam edib. Ulu Öndərə həsr olunmuş musiqi nömrələri ifa olunub, şeirlər səsləndirilib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
1
Mənbələr
Şərh ()
Bağla