AZ

İmişli sakinləri Ümumilli Liderin xatirəsini ehtiramla anıblar

İmişli, 5 may, Aydın Yavərzadə, AZƏRTAC

Ulu Öndər Heydər Əliyev İmişliyə ümumilikdə 5 dəfə səfər edib. Sadə adamlarla, kənd zəhmətkeşləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb. Ulu Öndərin hakimiyyətdə olduğu illərdə İmişlidə digər sahələrlə bərabər, aqrar sahə də ciddi inkişaf edib. Bir sıra istehsal, emal müəssisələri istifadəyə verilib. Həmin istehsal müəssisələrindən bir çoxu hazırda restavrasiya olunaraq fəaliyyət göstərir. Bir sözlə, İmişli rayon sakinləri Ümumilli Liderin xatirəsini daim əziz tuturlar, xatirəsini ehtiramla yad edirlər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə İmişlidə “Tarix dedi möcüzə, zaman dedi dahidi!” adlı tədbirdə səsləndirilib. Tədbirdə şəhid ailələri, rayon icra hakimiyyətinin və YAP İmişli rayon təşkilatının rəhbərliyi, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının kollektivləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, xatirəsi dərin ehtiramla yad edilib. İmişli Rayon Mədəniyyət Mərkəzində açılan rəsm sərgisinə baxış keçirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi sükutla anılıb. Çıxış edənlər şərəfli ömür yolunu ölkəmizin tərəqqisinə və millətimizin parlaq gələcəyinə həsr edən Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən söz açıblar. Millətini zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan müdrik Lider Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan danışılıb. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil dövlətçilik siyasətinin bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyi vurğulanıb.

Tədbirdə Ümummilli Liderin həyatına həsr olunmuş ədəbi-bədii nümunələr nümayiş olunub, konsert proqramı təqdim edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
1
Mənbələr
Şərh ()
Bağla