AZ

Bu həftə Premyer Liqamızda 12 futbolçuya qadağa qoyuldu!

Premyer Liqanın 34-cü turu bəzi futbolçular üçün tamaşa meydanı olacaq.

7 komandadan cəzalı duruma düşən 12 futbolçu oynamaq imkanından məhrumdur.

Ən ağır zərbə “Kəpəz”ə dəyib. Gəncəlilər “Neftçi”ylə qarşılaşmada cəza səbəbindən 4 futbolçunun xidmətindən yararlana bilməyəcək. “Sabah”la “Turan Tovuz”un hərəsində 2 oyunçu cəzalıdır.

Vərəqə limitini dolduranların ümumi siyahısı belədir:

İqor Rodriges, Olavale Onanuqa, Junior Martins, Rüfət Əhmədov (hamısı “Kəpəz”), Amin Seydiyev, Elvin Camalov (hər ikisi “Sabah”), Bruno Qonçalveş, Roderik Miller (hər ikisi “Turan Tovuz”), Yuri Matias ("Neftçi"), Yadin Luqasi ("Səbail"), Vüqar Mustafayev ("Sumqayıt"), Tyaqo Silva ("Zirə").

Mayın 10-da “Neftçi” – “Kəpəz”, ertəsi “Araz-Naxçıvan” – “Turan Tovuz” və “Zirə” – “Qarabağ”, mayın 12-də “Qəbələ” – “Sabah” və “Sumqayıt” – “Səbail” qarşılaşmaları baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla