AZ

"Olimpiakos" finala çıxmağa layiq idi" - Emeri

"Aston Villa"nın baş məşqçisi Unai Emeri Konfrans Liqasının finalına çıxa bilməməsini şərh edib.

Offsideplus.az xəbər verir ki, Birmingem komandası yarımfinalda "Olimpiakos"a uduzub (0:2, 2:4).

“Keçən mövsümün sonunda Avropa yarışlarına vəsiqə qazandıq və bu il bundan həzz aldıq, lakin qalib gəlmək çox çətindir və biz inkişaf prosesindəyik.

"Olimpiakos" finala çıxmağa layiq idi. İlk 90 dəqiqədə evdə uduzduq və kifayət qədər rəqabət apara bilmədik. İlk hissəyə yaxşı başladıq, qol vurdular, oyuna biz nəzarət etdik, amma yetərincə olmadı.

Bu, uzun müddət Avropa yarışlarından uzaq qaldıqdan sonra bizim üçün bir təcrübədir və biz gələn il yenidən Avropada yarışmağa hazırlaşırıq. Əlbəttə, bir az məyus olduq, lakin tez zamanda bərpa olunmalıyıq" - deyə BBC-yə açıqlamasında bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla