AZ

QHT sədri quşların mühafizəsində icmaların rolundan danışdı

“Qlobal istiləşmənin azaldılması üçün hər il böyük işlər görülür, COP29 kimi böyük tədbirlər keçirilir. Bir icma olaraq, vətəndaş cəmiyyəti olaraq insanlarla həmişə keçirdiyimiz tədbirlərdə quşlara necə qulluq olunmalıdır, necə təsir göstərilməlidir, onlara haralardasa qida verilməli olduğunu tədbirlərdə öz fikirlərimizi ifadə edirik. Bir vətəndaş olaraq nəinki quşları, hətta təbiətimizi, faunamızı qorumaq bizim borcumuzdur”.

Bu sözləri “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənov köçəri quşların mühafizəsində icmaların və yerli əhalinin iştirakını artırmaq haqqında QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, bu yaxınlarda icmalarla tədbir keçirildi, o tədbirdə heyvanların hüquqları ilə bağlı qərarlar qəbul edildi: “Burada təkcə çöl heyvanları, sahibsiz heyvanlar nəzərdə tutulmayıb, burada artıq bütün heyvanlarla, quşlarla bağlı qərar qəbul edilir və bugünkü gündə balıq və quşların həddindən artıq çox ovlanması, vurulması ciddi tədbirlər görülməlidir. Bununla bağlı cərimələr müəyyən olunmalıdır. Bunların qarşısı alınmasa, quş növlərimiz yox olacaq, iqlim dəyişiklikləri bəzi quş növlərinin sıradan çıxmasına səbəb olacaq. Burada mədən yanacaqlarının azaldılmasını, karbon qazının çoxalmasını nəzər almalıyıq. Quşların yaşayış yerlərinin qorunması üçün səylərin artırılması lazımdır. İnsanlar arasında təbliğat işləri aparılmalıdır ki, bütün heyvanları qoruyaq. Bizim də bununa bağlı layihəmiz var. Biz də vətəndaş cəmiyyəti olaraq öz təbliğat işlərimizi aparmağa çalışırıq”.

Qeyd edək ki, 10 may - Beynəlxalq Köçəri Quşlar Günüdür və 2006-ci ildən başlayaraq qlobal səviyyədə qeyd olunan bu günün əsas mahiyyəti həm dövlət, həm də qeyri-dövlət təşkilatlarının, eyni zamanda, vətəndaşların diqqətini köçəri quşların mühafizəsinə cəlb etməkdən ibarətdir.

 

Pərvanə Fərhadqızı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
Mənbələr
Şərh ()
Bağla