AZ

Bu şəxs dövlət qurumunu südlə təmin edəcək - MƏBLƏĞ

“Bakı Metropoliteni” QSC “Bakı Metropoliteni” QSC-nin zərərli iş şəraitində çalışan işçiləri üçün südün tədarükü və təchizatının satın alınması üzrə 2 tenderə yekun vurub.

Azərbaycanda süd istehsalının ən çox artdığı və azaldığı rayonlar - SİYAHI

FED.az xəbər verir ki, hər 2 tenderi Esmira Hadı Qızı Həsənova udub.

Tenderin qalibi olan fiziki şəxs  Esmira Həsənova "Bakı Metropoliteni"dən yağlılığı 3,2%-dən az olmayan 42 480 litr süd müqabilində 115 291 manat, 44 730 litr süd müqabilində isə 122 453 manat ödəniş alacaq.

Ümumilikdə sahibkar süd sataraq 237 744 manat qazanacaq. 1 litr süd üçün təqribi qiymət 2 manat 73 qəpik civarındadır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
Mənbələr
Şərh ()
Bağla