AZ

Prezident İlham Əliyev: Hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir

Bakı. Trend:

Hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdimedilməməlidir. Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guyaonların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir. Burada,bu torpaqda söz sahibi bizik.

Trend xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Şuşayaqayıdan ilk sakinlərə mənzillərinin açarlarının təqdim edilməsimərasimində çıxışı zamanı səsləndirib.

"Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Əgərbu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır,Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritikhəddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Hər haldahər kəs bilir ki, biz nəyə qadirik, Ordumuz nəyə qadirdir vəiradəmiz nə qədər möhkəmdir. Heç kim bizim qabağımızda dura bilməz.Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizəmüdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik.

İkinci Qarabağ müharibəsindən sonra biz Ermənistana demişik ki,gəlin, sərhədi ədalətli müəyyən eləyək. Yox, istəmirsinizsə, ondabiz deyəcəyik, harada istəyirik orada da sərhəd olacaq. Neyləyəcək,kimə zəng edəcək, lap 100 dəfə zəng etsin, nəticəsi nə olacaq? HəmAzərbaycan xalqına, həm də bu bölgəyə maraq göstərənlərə bir dahademək istəyirəm ki, bizimlə hesablaşmadan burada bir addım daatılmamalıdır bundan sonra. Əminəm ki, mənim sözümü eşidirlər,bilirlər mən nəyi deyirəmsə, onu da edirəm", - Prezident İlhamƏliyev bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
22
Mənbələr
Şərh ()
Bağla