AZ

PAŞA Sığorta Azərbaycanın ilk qadın Avropa çempionunu təbrik edib

PAŞA Sığortanın İdarə Heyətinin sədri Ülviyyə Cabbarova şahmatçı Ülviyyə Fətəliyevanı qadınlar arasında ilk Avropa çempionu olması münasibətilə təbrik etdi.

"APA-Economics" xəbər verir ki, görüş zamanı son zamanlar Azərbaycanın qadın şahmatının inkişafından məmnunluq duyduğunu bildirən Ü.Cabbarova bu sahədəki uğurların davamlı olacağına inandığını ifadə etdi. Həmçinin Ü.Cabbarova PAŞA Sığorta olaraq daxili şahmat çempionatları keçirdiklərini və həvəskar şahmatla məşğul olan əməkdaşları olduğunu qeyd etdi.

Ülviyyə Cabbarova PAŞA Sığorta adından şahmatçıya gələcək turnirlərdə uğurlar arzuladı və xatirə hədiyyəsi təqdim etdi. Çempion şahmatçı göstərilən diqqətə görə təşəkkür etdi.

Görüşün sonunda PAŞA Sığortanın həvəskar şahmatçısı Rəşad Səfərovla Ülviyyə Fətəliyeva arasında şahmat oyunu keçirildi.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
2
Mənbələr
Şərh ()
Bağla