AZ

Xain xislətli Ermənistan- ÖZƏL

"Ermənistan erməni xalqının xayin xisləti ilə yoğurulmuş bir dövlətdir. 200 ildən çoxdur mövcudiyyətinə görə Rusiyaya borclu olmalı olan dövlət bu gün Rusiyaya qarşı xəyanət içərisindədir. Bölgədə antirusiya ovqatlı fəaliyyətlərin önündə gedir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü qeyd edib

"Həm bu fəaliyyəti həyata keçirir, həm də Avropadan və digər ölkələrdən Rusiyaya sanksiya tətbiq olunduğuna görə aparılması qadağan olan texniki vasitələrin satışının həyata keçirilməsində, gizlin şəkildə Ermənistan üzərindən Rusiyaya aparılmasına da öncülük edir. Ermənistan bu qədər ikili formatlarda öz mövcudiyyətini davam etdirir. Düşünürəm ki, Rusiya Ermənistana köməyi olmuş dövlətdir. Ermənistan ona qarşı xəyanət edirsə, görün, Fransaya qarşı hansı xəyanətləri edə bilər. Zamanı gələcək, onu da görəcəyik. Biz Rusiyaya bunu deyirdik, onlar inanmırdılar. İndi görürlər ki, Ermənistan xəyanət içərisindədir. Özləri bunun şahidi olurlar. Zaman gələcək, Ermənistan eyni şəkikdə Fransaya qarşı xəyanət mövqeyini tutacaq. Bu gün Fransa ermənipərəst siyasət yürüdür, onları dəstəkləyir və s. kimi fəaliyyət göstərir. Bu məsələlərə Fransanın və digərlərinin diqqət etməsi lazımdır. Bu xalqın xislətində xəyanət var. Belə görünür ki, bundan heç zaman təmizlənməyəcəklər. Ona görə də onlarla əməkdaşlıq edən və onlara dəstək verən dövlətlər və xalqlar onların xain xislətini nəzərə almalıdırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
Mənbələr
Şərh ()
Bağla