AZ

"Apellyasiya məhkəməsinin vəkilə ödənilən vəsaitin qarşı tərəfdən tutulması barədə qərarı müsbət tendensiya yaradacaq"

"Bir kommersiya işimizdə birinci instansiya məhkəməsi qarşılıqlı iddiamızı təmin edərək vəkilə ödənilən vəsaiti tam şəkildə (1350 manat) qarşı tərəfdən tutma yönündə qərar çıxardı. Qarşı tərəf apellyasiya şikayəti versə də, təmin edilmədi və yenidən ərizəmiz əsasında yuxarı məhkəmə üzrə ödənilən vəsaitin də (1400 manat) tam şəkildə qarşı tərəfdən tutulması yönündə qərar qəbul edildi".

E-huquq.az xəbər verir ki, bunu vəkil Əlibaba Əliyev deyib.

Yuxarı və kassasiya instansiya məhkəmələrində həmin instansiya üzrə vəkilə ödənilən vəsaitin qarşı tərəfdən tutulması yönündə təcrübə yox səviyyəsində olduğunu söyləyən vəkil Bakı Apellyasiya Məhkəməsinin bu qərarını təqdirəlayiq hesab edib.

"Mövqe formalaşdıracaq qərar qəbul edən şəxslərin olması ədalət mühakiməsinin təməl şərtlərindən biridir. Belə yanaşma həm də əsassız şikayətlərin qarşısını almağa, haqlı tərəfin çəkdiyi xərclərin əvəzinin ödənilməsinə və digər müsbət tendensiyalara xidmət edir", - deyə Ə.əliyev bildirib.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
Mənbələr
Şərh ()
Bağla