AZ

Aşqarlar Kimyası İnstitutunda tədbir: “Vətənə, xalqa həsr edilən ömür”

Bakı, 10 may, AZƏRTAC

Mayın 10-da Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Yeni Azərbaycan Partiyası Ərazi Təşkilatı, Azad Həmkarlar Təşkilatı və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilən “Vətənə, xalqa həsr edilən ömür” mövzusunda tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, eləcə də Ümummilli Liderin və bütün şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılan tədbirdə institutun direktoru akademik Vaqif Fərzəliyev Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından söz açıb. İnstitutun direktoru keçmiş SSRİ və müstəqillik dönəmində Ulu Öndərin rəhbərliyi ilə görülən işlərdən danışıb, Ümummilli Liderin hakimiyyəti dövründə bünövrəsini qoyduğu, müstəqillik illərində isə yeni mərhələdə təkmilləşdirdiyi hərtərəfli inkişaf strategiyasının ölkəmizi tənəzzüldən tərəqqiyə, onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən isə tərəqqidən böyük Zəfərə apardığını qeyd edib.

Daha sonra institutun icraçı direktoru professor Əfsun Sucayev bildirib ki, Ümummilli Liderin davamlı qələbələrimizə hesablanan strategiyası sonda ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsi üçün ciddi əsas olub.

Sonda institutun Gənc Alim və Mütəxəssislər Şurasının üzvü Məcdi Nərgiz “Vətənə, xalqa həsr edilən ömür” adlı təqdimatla çıxış edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
1
Mənbələr
Şərh ()
Bağla