AZ

Mişustin yenidən Baş nazir oldu – Yenilənib


Rusiya Dövlət Duması plenar iclasda Mixail Mişustinin Rusiya hökumətinin sədri vəzifəsinə təsdiq edilməsinə razılıq verib.
Yeniavaz.com
xəbər verir ki, parlament palatasının müvafiq qətnaməsi Mişustinin bu vəzifəyə təyin edilməsi üçün Rusiya Prezidenti Vladimir Putinə göndəriləcək.
“Mixail Vladimiroviç Mişustin Rusiya Federasiyası Hökumətinin Baş naziri vəzifəsinə təsdiq edilsin, bu qərar Rusiya Federasiyasının Prezidentinə göndərilsin”, - Dövlət Dumasının deputatları tərəfindən qəbul edilən qərarda deyilir.

***09:48
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına Mixail Mişustinin Baş nazir postuna namizədliyini təqdim edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin məlumat verib.
“Prezident Vladimir Vladimiroviç Putin Dövlət Dumasına Mixail Vladimiroviç Mişustinin Baş nazir vəzifəsinə namizədliyi ilə bağlı təklif təqdim edib”, - Volodin “Teleqram” kanalında yazıb.
Qeyd edək ki, əvvəlki hökumətdə də Mixail Mişustin Baş nazir vəzifəsini icra edirdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
48
Mənbələr
Şərh ()
Bağla