AZ

Ümummilli Lider Heydər Əliyevin 101 illik yubileyi Gədəbəy rayonunda qeyd olunub -Fotolar




Dünya şöhrətli siyasi və dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin 101 illik yubileyi Gədəbəy rayonunda qeyd olunub.

Azərbaycan xalqının xilaskarı Ulu Öndər Heydər Əliyevin abidəsi qarşısına gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilib.

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri haqqında danışıb, onun zəngin və çoxşaxəli irsini xalqımızın milli sərvəti kimi qorumağın vacibliyini vurğulaylıb.

Heydər Əliyev Mərkəzində dahi liderin xatirə muzeyinə baxış keçirilib, həyatını və siyasi fəaliyyətini əks etdirən sərgi və videoçarx izlənilib.

Tədbir məktəblilərin ifalarından ibarət konsert proqramı ilə davam edib.



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
143
Mənbələr
Şərh ()
Bağla