AZ

Məşhur braziliyalı həbs olundu və...

Bir vaxtlar Avropada da çıxış edən Jo ilə bağlı maraqlı xəbərlər var. O, bir neçə gün həbsdə qalmalı olub.

Hazırda vətəni Braziliyada top qovan hücumçu bazar ertəsi həbs olunub. B seriyasında yarışan “Amazonas”ın 37 yaşlı oyunçusu aliment üzrə borcu olduğundan saxlanlıb. Bu xəbəri “Globo” nəşri yayıb. 3-cü turun “Ponte Preta” ilə səfər oyunu (0:3) ərəfəsində həbs olunan Jo çərşənbə günü sərbəst buraxılıb. Amma qəzet onun azadlığa çıxma səbəbinə aydınlıq gətirilməyib.

Jo “Amazonas”ın sıralarına bu ilin əvvəlində qoşulub. O, karyerası ərzində ölkəsində “Korintians”, “İnternasyonal”, “Atletiko Mineyro” və “Seara”, Rusiyada ÇSKA, İngiltərədə “Mançester Siti” və “Everton”, Türkiyədə “Qalatasaray”, Çində “Jenqsu Sunin”, BƏƏ-də “Əl-Şəbab”, Yaponiyada “Naqoya Qrampus”, Səudiyyə Ərəbistanında isə “Əl-Cəbələyn”in formasını geyib. Onun 2007-14-cü illərdə Braziliya yığmasında 20 oyuna 5 qol vurduğunu da xatırladaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla