AZ

Paraqvayda futbolçulara və azarkeşlərə atəş açıldı

Paraqvay futbolunda ciddi insident baş verib. Qeyri-adi hadisə ölkə çempionatının aşağı liqalarında birində yaşanıb.

4-cü divizionda keçirilən “25 sentyabr” - “29 sentyabr” matçında insident baş verib. Qonaq komandanın futbolçularına və azarkeşlərinə atəş açılıb. Hakimin mübahisəli qərarı “29 sentyabr”ın oyunçularını və azarkeşlərini qəzəbləndirib. Onlar referinin final fitini vaxtından əvvəl səsləndirdiyini hesab ediblər.

Vaxtında gələn çevik qüvvələr atəş açaraq qəzəbli kütlənin qarşısını ala biliblər. Yerli mənbələr qonaq komandanın iki azarkeşinin orta dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirildiyini xəbər verib. Hakimin özü isə xəsarət almamaq üçün komandalardan birinin paltardəyişmə otağına sığınıb. Quarambara şəhərinin polis idarəsi hücum edənlərin matçdan sonra hakimi öldürməyə cəhddə ittiham olunduğunu bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla