AZ

Netanyahu: "7 oktyabra görə məsuliyyət daşıyırıq"

İsrailli girovların yaxınları Netanyahu hökumətinə çağırışlarını davam etdirir.

News24.az xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu oktyabrın 7-də verdiyi açıqlamada xalqı qoruya bilmədiklərini bildirib.

Televiziya proqramına verdiyi müsahibədə Netanyahuya HƏMAS-ın 7 oktyabr hücumlarına səbəb olan səhvlər barədə sual verilib.

İsrailin “Haaretz” qəzetinin məlumatına görə, Netanyahu 7 oktyabrda edilən səhvlərin “əsasən” İsrail hökumətinə aid olduğunu bildirib və belə cavab verib:

"Düşünürəm ki, müharibə başa çatdıqdan sonra nə baş verdiyini, necə baş verdiyini və bunu kimin etdiyini hərtərəfli araşdırmalı olacağıq. Lakin hazırda yeganə məqsədimiz qələbəyə nail olmaqdır. Aydındır ki, uğursuzluqlar olub. Hökumətin birinci vəzifəsi insanları qorumaqdır, bu, ən yüksək məsuliyyətdir. İnsanlar qorunmayıb, biz bunu qəbul etməliyik”.

İsrailin baş naziri də bu məsələyə görə “özünü və başqalarını” məsuliyyət daşıdığını bəyan edib.

"Düşünürəm ki, bunun necə baş verdiyini araşdırmaq lazımdır" deyən Netanyahu əlavə edib: "Kəşfiyyat uğursuzluğu nə idi, hərbi uğursuzluq nə idi. Amma düşünürəm ki, indi vacib olan başqa bir uğursuzluq yaşamadığımızdan əmin olmaqdır".

Günel Məlikzadə


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla

Reytinq