AZ

İsrail Rəfah əməliyyatını genişləndirəcək

İsrailin hərbi kabineti Rəfah əməliyyatını genişləndirmək qərarına gəlib.

News24.az ABŞ-ın Axios xəbər saytına istinadən bildirir ki, İsrailin Hərbi Nazirlər Kabineti dünən gecə İsrail ordusunun Rəfah əməliyyatının "ölçülmüş" genişləndirilməsini təsdiqləyib.

Nazirlər kabineti həmçinin israilli müzakirəçilərə girov razılaşmasına nail olmaq cəhdlərini davam etdirməyi tapşırıb.

Döyüş kabineti bu qərarları dünən axşam keçirilən səsvermədə qəbul edib.

Axios iki mənbəyə istinadən bildirib ki, əməliyyatın genişləndirilməsi Co Baydenin qırmızı xəttini keçməyib.

Üçüncü mənbə bildirib ki, bu, ABŞ prezidentinin bəzi hərbi yardımı dayandırdığı zaman müəyyən etdiyi xətti keçmək kimi qiymətləndirilə bilər.

Günel Məlikzadə


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
Mənbələr
Şərh ()
Bağla

Reytinq