AZ

Heydər Əliyevin doğum günü Ağsudaqeyd edildi - FOTO

Bu gün  Ağsu rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci il dönümü ilə əlaqədar “Ömrünü xalqına həsr edən Lider” mövzusunda konfrans keçirilib.

Redaktor.az xəbər verir ki, əvvəlcə Ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.

Tədbirdə Dövlət Himni səsləndirilib.

Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi  bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Ağsu rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının tarixində və dövlətçilik fəaliyyətində müstəsna xidmətlərindən danışıb. Qeyd edib ki, Ulu öndər Heydər Əliyev siyasəti yaşayır, onun əbədiyaşar ideyaları və zəngin dövlətçilik irsi Azərbaycan xalqını firəvan gələcəyə aparır. Azərbaycan xalqı hər zaman dahi Heydər Əliyevi sonsuz ehtiram və məhəbbətlə yad edəcək.

Tədbirdə çıxış edən YAP Ağsu rayon təşkilatının sədri Füzuli Abdullayev bildirib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə bugünki dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkuəsi yüksəlməyə başladı.  Vurğulayıb ki, Ulu öndər xalqımızın xilaskarı, müasir müstəqil Azərbaycan dövlətinin banisi olaraq adını tarixə qızıl hərflərlə yazdırdı.

Daha sonra tədbirdə çıxış edən Ağsu rayon Ağsaqqallar şurasının sədri Vaqif Nəzərov, Vətən müharibəsi iştirakçısı Elnur Heydərov, Ağsu rayon Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Tacızadə və Ağsu rayon Veteranlar cəmiyyətinin sədri Camaləddin Zeynalov Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsindən, həyata keçirdiyi layihələrdən, ölkəmizin beynəlxalq aləmdə söz sahibinə çevrilməsindəki misilsiz xidmətlərindən danışıblar. Ulu öndərin hakimiyyətdə olduğu illər ərzində sülh, sabitlik siyasəti yürütdüyünü, Azərbaycanın hərtərəfli inkişafı üçün çalışdığını qeyd ediblər.

222222

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla