AZ

Bazarlarda satılan bəzi məhsulların qiyməti ucuzlaşıb


Mövsümi meyvələrin bazarlarda satışa çıxması ilə qiymətlərdə ucuzlaşma müşahidə edilir.

"Operativ Media" ya danışan satıcılar deyirlər ki, son günlərdə bazarda canlanma hiss olunur. Bunun səbəbi isə mövsümi meyvələrin ucuzlaşmasıdır. Ancaq buna baxmayaraq hələ də yüksək qiymətə təklif olunan meyvələr var:

“Bananın kiloqramı 2 manat 20 qəpik, 2 manat 30 qəpikdir. Göyçə alçasının qiymətində də xeyli dəyişiklik var. 1 kiloqramı 5-6 manatdır. Əvvəllər İrandan gətirilirdi, qiyməti 55-60 manat idi. İndi isə qiyməti 4 manata qədər düşüb”.

Çiyələk isə bol olduğundan qiyməti kəskin ucuzlaşıb:

“Armudun kiloqramı 8 manatdır. Kivi 7 manat, alma 4 manat, mandarin isə 4 manat 50 qəpikdir. Gilas var 20 manata, elə növ var ki, 25 manatdır. Çiyələk  boldur, kiloqramı 2 manatdan başlayır, 5 manata da satılan çiyələk də var”.

Tərəvəzlərdən isə ən çox tələbat olan kartofun köhnəsinin qiyməti 1 manat 20 qəpik  – 1 manat 50 qəpik arasında dəyişir. Təzə kartofun kiloqramı isə 50 qəpikdir. Soğan isə 60-75 qəpiyə təklif olunur:

“Bibərlər 3 manat 50 qəpikdir. Qırmızı rəngli bibərləri də 3 manata veririk. Badımcanın qiyməti ucuzlaşmayıb, 2 manat 50 qəpikdən başlayır. Belə 3 manata, 4 manata da satılır. Yağışla əlaqədar 2 gündür ki, rayonlardan məhsul gəlmir”.

Satıcılar deyir ki, qiyməti ucuzlaşmayan məhsullar arasında pomidor, xiyar hələ də bahadır:

“Pomidor həddindən artıq bahadır. Özümüz də baha alırıq. Pomidor indi 3 manat 50 qəpik, 4 manatdır. Müştərilər də narazılıq edir. Xiyarın kilosu 2 manatdır. Keçən il bu vaxtlar 50 qəpiyə düşmüşdü. Qarpızın kiloqramı 15 qəpiyə, ərik 5 manata, lobya 3 manat 50 qəpik - 4 manat aralığında, qarğıdalının bir ədədi isə 1 manat 50 qəpik, bəzi piştaxtalarda 2 manata satılır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
Mənbələr
Şərh ()
Bağla