AZ

İçərisindən siçan qalığı tapıldı, bazardan çıxarıldı- ÖZƏL

Olaylar.az xəbər verir ki, Yaponiyanın öndə gedən şirkətlərindən birinin istehsal etdiyi çörəyin qablaşdırmasında siçan qalıqları tapılıb. Ehtiyat tədbiri olaraq 104 min bağlama çörək bazardan çıxarılıb.

Yüksək gigiyena standartları ilə tanınan Yaponiya bu dəfə qida qalmaqalı ilə gündəmə gəlib. Ölkənin ən məşhur şirkətlərindən biri olan Pasco Şikişimanın istehsal etdiyi qablaşdırılmış çörəklərdən ikisində siçan qalıqları tapılıb. Şirkətdən verilən açıqlamada hadisənin mayın 5-i və 7-də müştərilər tərəfindən göndərilən elektron məktublar sayəsində fərq edildiyi bildirilib. İnkişafdan sonra bazardan 7-11 may tarixləri arasında istifadə müddəti olan cəmi 104 min bağlama çörəyin toplandığı açıqlanıb. Açıqlamada, "Yaradılan narahatçılığa görə bütün müştərilərimizdən, iş ortaqlarımızdan, əlaqədar şəxslərdən və təşkilatlardan üzr istəyirik. Bu vəziyyətin bir daha təkrarlanmaması üçün əlimizdən gələni edəcəyik və keyfiyyətə nəzarət prosedurlarımızı daha da təkmilləşdirəcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
Mənbələr
Şərh ()
Bağla