AZ

Kvirkviya ilə Papunaşvili də “Neftçi” ilə oyunu buraxacaqlar

“Kəpəz”in 3 futbolçusu – Mate Kvirkviya, Georgi Papunaşvili və Vüsal Məsimov bu gün “Neftçi” ilə oyunda komandasına kömək edə bilməyəcək.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, tarixi derbi öncəsi komandada zədə və cəza səbəbindən itkilər var. Belə ki, Junior Martins, Olavale Onanuqa, İqor Rodriqes və Rüfət Əhmədov cəzalıdır. Mate Kvirkviya, Georgi Papunaşvili və Vüsal Məsimov isə zədəli olduğu üçün “Neftçi” ilə oyunu buraxacaq.

Qeyd edək ki, “Kəpəz” bu gün Azərbaycan Premyer Liqasının 34-cü turu çərçivəsində “Neftçi”nin qonağı olacaq. “Neftçi Arena”da baş tutacaq oyuna saat 19:00-da start veriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
Mənbələr
Şərh ()
Bağla