AZ

Rusiya Ukrayna ərazisində bufer zona yaratmaq istəyir

Rusiya silahlı qüvvələri Xarkov vilayətinin Volçanski istiqamətində cəbhə xəttini yarmağa cəhd edib.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyi bildirib.

Hücum zirehli texnikanın dəstəyi ilə kütləvi hava hücumlarından sonra həyata keçirilib. Müdafiəni gücləndirmək üçün Ukrayna qoşunları əlavə ehtiyat qüvvə cəlb edib.

Reuters xəbər verir ki, Rusiya yeni cəbhə açır. Ukrayna Silahlı Qüvvələrindəki yüksək rütbəli mənbə agentliyə bildirib ki, Rusiya ordusu Xarkovdan 70 km məsafədə, Volçansk vilayətində təxminən 1 km irəliləməyə nail olub. Adı açıqlanmayan agentlik mənbəsinin sözlərinə görə, rus qoşunları bufer zona yaratmaq üçün Ukrayna Silahlı Qüvvələrini Rusiya sərhədindən 10 km uzaqlaşdırmağa çalışır.

Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın bu istiqamətdə hücumuna hazır olduğunu qeyd edib. Eyni, zamanda əlavə edib ki, Rusiya bu istiqamətə əlavə qüvvələr göndərə bilər. Bütün bunların fonunda Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarının komandanı Aleksandr Pavlyuk yaxın iki ay ərzində hərbi münaqişənin “kritik mərhələsinin” başlanacağını proqnozlaşdırır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
50
Mənbələr
Şərh ()
Bağla