AZ

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Fransa-Azərbaycan münasibətlərindəki ziddiyyətlərlə bağlı arayış hazırlayıb

Bakı, 10 may, AZƏRTAC

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Mətin Məmmədli İkinci Qarabağ müharibəsindən sonra Fransa-Azərbaycan münasibətlərində yaranan ziddiyyətlərlə bağlı arayış hazırlayıb.

Bu barədə AZƏRTAC-a BMTM-dən məlumat verilib.

Azərbaycan və ingilis dillərində hazırlanmış arayışda qeyd edilir ki, sözügedən dövrdən etibarən ikitərəfli siyasi-diplomatik münasibətlərdəki kəskinləşmə birmənalı şəkildə rəsmi Parisin müxtəlif müstəvilərdə Azərbaycana qarşı hibrid müharibə xarakteri alan addımları ilə bağlı olub.

“İkinci Qarabağ müharibəsindən sonra Fransanın bölgədəki strateji maraqları, neoimperialist gündəliyi və ölkə daxilində köklü erməni diaspor şəbəkələrinin təsiri rəsmi Parisi açıq şəkildə erməni mərkəzli mövqe tutmağa vadar etdi”, - deyə arayışda diqqətə çatdırılır.

Sənəddə Fransanın BMT, Avropa İttifaqı, Avropa Parlamenti, ATƏT, NATO, Beynəlxalq Frankofoniya Təşkilatı, UNESCO kimi təşkilatlar çərçivəsində Azərbaycan əleyhinə atdığı konkret addım və təşəbbüslər sadalanır. Bununla yanaşı, Fransanın ikitərəfli müstəvidə ölkəmizə qarşı apardığı fəaliyyət ətraflı təhlil edilir. Bildirilir ki, rəsmi Parisin anti–Azərbaycan siyasəti ardıcıl, sistemli, çoxsahəli olmaqla həm ikitərəfli münasibətlərə, həm də Azərbaycan-Ermənistan sülh prosesinə ciddi zərbə vurur.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla