AZ

Yasamalda Ulu Öndər Heydər Əliyevin xatirəsini anılıb

Yasamal Rayon İcra Hakimiyyətinin kollektivi Ulu Öndərin xatirəsini anıb
Müasir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və aparatın kollektivi Ümummilli Liderin əziz xatirəsini yad ediblər. Öncə İcra Hakimiyyətinin inzibati binasında Ulu Öndərin büstü önünə gül dəstələri qoyuldu, xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Yasamal rayon Heydər Əliyev Mərkəzində də Ulu Öndərin abidəsi ziyarət olundu, gül dəstələri qoyuldu və foyedəki sərgiyə baxış keçirildi. Sonra isə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı və Aparatın kollektivi Ulu Öndərin Fəxri Xiyabandakı məzarını ziyarət edərək əziz xatirəsini dərin ehtiramla andılar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
Mənbələr
Şərh ()
Bağla