AZ

"Azərbaycan onsuz da Ermənistandan istədiyi hər şeyi alacaq" - Politoloq

Ermənistanda son vaxtlar deputatlar, siyasi və hərbi ekspertlər bildirirlər ki, Azərbaycan Ermənistandan istədiyi hər şeyi alacaq və Ermənistan da Azərbaycanın tələblərini və ya şərtlərini qarşılıq olmadan yerinə yetirəcək. Guya Nikol Paşinyan Azərbaycanın xeyrinə yeni güzəştlərə hazırlaşır.

"Bakı Politoloqlar Klubu"nun sədri, politoloq Zaur Məmmədov Herbiand.az-a bildirib ki, Azərbaycan onsuz da Ermənistandan istədiyi hər şeyi alacaq:

"Orada hakimiyyətdə kimin olmasından asılı olmayaraq bu, belə olacaq. Təbii ki, Ermənistanda hər halda Nikol Paşinyanı təcrid etmək üçün bu kimi formalardan istifadə edilir. Əsas konteks də ondan ibarətdir ki, Nikol Paşinyan Azərbaycana güzəştə gedəcək. Ona görə nə qədər ki, böyük güzəştlərə getməyib onu devirmək lazımdır. Amma əgər keşiş Qalstanyan, II Qaregin və Robert Köçaryanlar doğrudan da məsuliyyəti öz üzərlərinə götürmək istəyirlərsə, o zaman Nikol Paşinyanı devirsinlər və gəlsinlər hakimiyyətə. Onlara da lazım olan addımların necə atıldığını Azərbaycan xalqı öz davranışı ilə sübut edəcək".

Zaur Məmmədov qeyd edib ki, hal-hazırda danışıqlarda müsbət vəziyyət var və hər kəs bunu etiraf edir:

"İstər delimitasiya və demarkasiya, istər anklavlar və kəndlər, istərsə sülh müqaviləsinin mətni ilə bağlı biz irəliləyişlərinin olduğunu görürük. Əlbəttə, bu prosesə xələl gətirən qüvvələr həm Ermənistanın daxilində, həm də xaricdə var. Onların əsas məqsədi ənənəvi istiqamətdir. Bu istiqamət isə ondan ibarətdir ki, Azərbaycan və Ermənistanın yeni tarixi səhifəni açmasına imkan vermək lazım deyil. Bu addımların atılması gözlənilən idi. Ermənistan müxalifəti yaxın vaxtlarda artıq daha radikal addımlara keçə bilər. Hər halda, erməni xalqı başa düşməlidir ki, indi onun taleyi həll edilir. Onun taleyinin dinc yolla və yaxud müharibə yolu ilə həll edilməsi qərarını isə erməni xalqının özü atacağı addımlar ilə görmüş olacaq".

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
50
herbiand.az

10Mənbələr