AZ

Koçaryan: “Keşiş Baqrat impiçment elan etmək üçün “MM”dən bir yarım səs belə almayacaq”

“Keşiş Baqrat impiçment elan etmək üçün “MM”dən bir yarım səs belə almayacaq”.

İnterpress.az xəbər verir ki, bunu hakim “Mülki Müqvilə” fraksiyasının deputatı Andranik Koçaryan parlamentdə jurnalistlərlə söhbətində Baqrat Srbazanın baş nazir postuna mümkün namizədliyinə toxunaraq deyib.

“Təbii ki, ruhani Baqrat üçün Allahın iradəsi vacibdir, bizim üçün də vacibdir, lakin xalqın iradəsi Allahın iradəsidir.

Əgər Vazgen Qalstanyan baş nazir postuna namizədliyini irəli sürmək istəyirsə, o zaman 2026-cı ildə siyasi komandası ilə birlikdə ərizə verməli, seçkilərdə iştirak etməli və qalib gəlsə, baş nazir olmalıdır”, – erməni deputat bildirib.

İmpiçment prosesinin başlanmasına gəlincə, Koçaryan deyib ki, mən bunun əleyhinə deyiləm, bunu etsinlər.

“Amma sözügedən din xadimi deyir ki, 20 səs çatışmır, o 20 səsi haradan alacaqlar? Üç ildir ki, buradadırlar, ən azı 2,5 səs almaq imkanı görürlərmi, şəxsən mən onların 1,5 səs də almasına imkan görmürəm. Adları özü qoyur, bağışlayın, çox qəribədir ki, bir din xadimi bu adların sahibləri ilə razılaşmadan ad çəkir”, – Koçaryan qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla